Suriyanın cənub-qərbində böyük partlayış baş verib

2018/07/1047291386_1532498129.jpg
Oxunub: 1715     13:46     25 İyul 2018    
Suriyanın cənub-qərb bölgəsində yerləşən Əs-Suveydə şəhərində bu gün səhər saatlarında böyük partlayış baş verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində çox sayda ölən və yaralananın olduğu bildirilir.

Məlumata görə, terrorçu kamikadze özünün şəhərin mərkəzindəki marketlərdən birinin yaxınlığında partlatması nəticəsində çox sayda insan həlak olub.

Onlar 3 nəfər olsa da, digər ikisi özünü partlatmazdan öncə polis tərəfindən zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əs-Suveydə   Partlayış  


Bizi "telegram"da izləyin