Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, tenderdə iştirak edənlərin heç biri Nazirliyin qoyduğu 250 milyon funtsterlin limiti çərçivəsində təklif irəli sürə bilməyib.
Qeyd edək ki, “Type 31e” freqatlarının ilk dəstinin çatdırılması 2023-cü ilə planlaşdırılıb. Onlar Britaniya donanmasının istifadəsində olan köhnə “Type 26” freqatlarının əvəzləmək məqsədilə inşa ediləcək.
Ağalar Ağalarlı
Ordu.az