Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Xarici Hərbi Satış çərçivəsində Avstraliya, Estoniya, Litva, Türkiyə, Tayvan və Ukraynaya “Javelin” tank əleyhinə raketlərin çatdırılması üzrə “Raytheon” firması ilə 307 milyon dollarlıq müqavilə imzalanıb”, - deyə məlumatda qeyd olunub.
Ukraynaya ABŞ istehsalı bu raketlərin satışı 2018-ci ilin martında təsdiqlənib. 210 raket və 37 atıcının çatdırılmasının nəzərdə tutulduğu bu satışın 47 milyon dollar dəyərində olması planlaşdırılır.
Qeyd edək ki, “Raytheon” və “Lockheed Martin” tərəfindən birlikdə isthehsal edilən “Javelin” yüksək partlayıcı gücə malik müasir tank əleyhinə raketdir. O, ən müasir zirehləri dəlmək imkanına qadirdir.
Ağalar Ağalarlı
Ordu.az