Rusiya Suriyaya əlavə hərbi dəstək göndərir

2018/07/Снимок_1532495642.png
Oxunub: 2429     13:12     25 İyul 2018    
Rusiyadan Suriyanın İdlib bölgəsinə hərbi ləvazimatlarla dolu yükdaşıma gəmisi göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, ötən gün Rusiyaya məxsus yükdaşıma gəmisi Suriyanın Tartus limanına yan alıb.

Məlumatlara əsasən gəmidə raket başlıqları, çox sayda pulemyot, qumbaraatan, piyada döyüş vasitələri və külli miqdarda mərmi olub.

Gətirilən hərbi sursat daha sonra Suriya ordusunun İdlibdəki bazasına göndərilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Hərbi-Yardım  


Bizi "telegram"da izləyin