Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, Trampın Milli Təhllükəsizlik üzrə müşaviri Con Bolton paylaşıma dəstək verib.
O, ABŞ-a qarşı neqativ addımlardan dolayı İranın böyük bədəl ödəyəcəyini vurğulayıb.
“Mən son bir neçə günlə bağlı prezidentlə danışmışam. Tramp mənə dedi ki, əgər İran ABŞ-a qarşı hər-hansı neqativ addım atsa, dərhal cavab verməli olacaq”, - deyə Bolton əlavə edib.
“Twitter” üzərindən aparılan söz davasına son olaraq dünən axşam İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də qoşulub:
“Dünya bir neçə ay öncə daha sərt təhdid eşidib. İranlılar son 40 il ərzində bu təhdidləri eşidiblər. Biz min illərdir burdayıq və imperiyaların süqutunu gördük, elə bir çox ölkənin ömründən daha uzun müddət mövcud olan özümüzünkinin də. Diqqətli Olun!”
Bu qarşılıqlı deyişmənin bu vaxta təsadüf etməsinə səbəb isə İrana qarşı yenidən qüvvəyə minəcək sanksiyaların tarixinin yaxınlaşması hesab edilir. May ayında Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edib. Buna görə də, avqustun 6-dan etibarən İrana qarşı sanksiyaların bir hissəsi yenidən qüvvəyə minəcək. Geri qalan hissəsi üçün isə noyabrın 4-ü müəyyənləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az