Yaponiya Müdafiə naziri Hindistana səfər edəcək

2018/07/n-onodera-a-20170805-870x610_1532354430.jpg
Oxunub: 1824     21:55     23 İyul 2018    
Yaponiya Müdafiə naziri İtsunori Onoderanın avqust ayında Hindistana səfər edəcəyi bildirilib.

Ordu.az “The Diplomat”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, səfər avqustun ortalarına planlaşdırılır. Səfər zamanı Onoderanın öz həmkarı Nirmala Sitharamanla görüşəcəyi və iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmə yollarını müzakirə etməsi gözlənilir.

Eyni zamanda Yaponiya hökumətinə yaxın mənbə Hindistan və Yaponiya Quru Qoşunlarının birgə təlimlər həyata keçirəcəyini bildirsə də, hələlik heç bir hökumətdən bununla bağlı rəsmi açıqlama verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Hindistan  


Bizi "telegram"da izləyin