Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə keçmiş hərbi qulluqçunun vəkili Aşxen Daşyan bildirib.
Qeyd edək ki, keçmiş hərbi qulluqçu Razmik Petrosyan Ermənistanın İnzibati məhkəməsinə 5 dekabr 2017-ci il tarixində müraciət edib. O, iddiasında müdafiə nazirliyindən 4 günlük aprel döyüşlərində iştirak etdiyi barədə hərbi biletində qeydlər aparılmasını tələb edib.
Vəkil bildirib ki, onun əsgər yoldaşlarının hərbi biletlərində müharibə iştirakçısı olmaları barədə qeydlərin aparıldığı, lakin müdafiə etdiyi şəxsin hərbi biletində müvafiq qeydlərin aparılmadığı məhkəmədə sübut edilib. Vəkil, müdafiə etdiyi Razmik Petrosyanın müharibədə nə dərəcədə iştirak etməsini, rəqibin mövqelərinin uzaqlığı və onun hədəf ola biləcəyi ehtimalı barədə daha ətraflı məlumat vermək üçün hərbi hissə komandirinin şahid qismində dindirilməsinə dair vəsadət verildiyini bildirib.
Növbəti məhkəmə iclası sentyabr ayına təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az