Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Siirt vilayət rəhbərliyi bildirib.
Qeyd olunub ki, vilayətin mərkəzi eyniadlı Siirt şəhərinə bağlı Kavagözü kəndi yaxınlığında hərbi nəqliyyat vasitəsi hərəkətdə olarkən körpüdən dərəyə düşüb.
Rəsmi məlumata əsasən qəza nəticəsində nəqliyyat vasitəsindəki 4 hərbçi yaralanıb.
Qeyd edək ki, hələlik qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az