Əfqanıstan ordusu 2 bölgədə “Taliban”ın hücumunu dəf edib

2018/07/Taliban-attack-repulsed_1532352103.jpg
Oxunub: 2987     21:21     23 İyul 2018    
Əfqanıstan silahlı qüvvələri Paktika vilayətinin iki bölgəsində “Taliban” qiyamçılarının hücumlarını dəf edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədəd Paktika polis bölməsinin nümayəndəsi Şah Məhəmməd Aryan bildirib.

Onun sözlərinə görə, qiyamçılar Qayan və Aumidə ordunun nəzarət postlarına hücumlar etməyi planlaşdırıb. Lakin buna baxmayaraq ordu qüvvələri bu hücumu əvvəlcədən müəyyənləşdirib.

Nəticədə hücuma qarşı hazırlıqlı olan hökumət qüvvələri ilə qiyamçılar arasında meydana gələn qarşıdurma nəticəsində 4 qiyamçı məhv edilib, 3-ü isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin