Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndəsi Ed Qraybel bildirib.
O qeyd edib ki, yeni sistem helikopterlərin idarəsini pilot üçün daha əlverişli hala gətirib.
Belə ki, risq idarəetməsində, təhlükəli manevrlər və qəza enişləri zamanı yeni sistemin tətbiqi nəticəsində avtoidarəetmə rejimi işə düşəcək ki, bu da təhlükənin təsirini 3 dəfə azaltmış olacaq.
Qeyd edək ki, sözügedən sistemlərin ilk 8 “UH-60V Black Hawk” helikopterinə inteqrasiyası həyata keçirilib.
Dəyanət Ağalarlı
Ordu.az