Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, general son günlərdə səsləndirilən təhdidlərin davam etdiriləcəyi təqdirdə ABŞ, İsrail və bu dövlətlərə yaxın istənilən üçüncü ölkəyə məxsus heç bir gəminin bu ərazidən keçidinə icazə verilməyəcəyini bildirib.
O qeyd edib ki, Hörmüz boğazının bağlanılmasına qarşı ABŞ-ın həyata keçirəcəyi istənilən hərbi fəaliyyətə İran ordusu çox kəskin cavab verəcək.
“Hörmüz boğazı ilə bağlı hüquqi olaraq söz sahibi tərəf İrandır. İran istəsə bu təzyiqlərə qarşı əlindəki Hörmüz kartını ortaya qoya bilər. İran əgər Hörmüz boğazını bağlasa, bu, bütün dünyaya şamil ediləcək. Ona görə də Avropanı ABŞ-ın bu adddımlarına qarşı durmağa çağırırıq. Əks təqdirdə Avropa da bundan zərər görəcək. Hörmüz boğazı ya hər kəsin olacaq, ya da heç kimin”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az