Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dera vilayət rəhbərliyindən olan mənbə bildirib.
Məlumata görə, hücum zamanı terrorçuların mövqelərinə ümumilikdə 15 hava zərbəsi endirilib. Nəticədə terrorçuların çox sayda itki verdiyi və onlara məxsus sığınacaqların məhv edildiyi bildirilir.
Aviazərbələrdən sonra səhər 06:00 radələrindən etibarən Suriya Ərəb Ordusu Yarmuk Basin regionunun şimal-şərq dəhlizində İŞİD terrorçuları istiqamətində aktiv hücumlara başlayıb.
Ağalar Ağalarlı
Ordu.az