300-dən çox suriyalı cənub-qərbdəki deeskalasiya zonasını tərk edib

2018/07/345345_1532342487.jpg
Oxunub: 2387     18:40     23 İyul 2018    
Son 24 saat ərzində 300-dən çox suriyalı Kafer Çams nəzarət mənqətəsi vasitəsilə Suriyanın cənub-qərb bölgəsindəki deeskalasiya zonasını tərk edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Döyüşən Tərəfləri Uzlaşdırma Mərkəzinin sədri Aleksey Tsiqankov bildirib.

“Mülki şəxslər humanitar dəhliz vasitəsilə terrorçular tərəfindən idarə olunan bölgələri tərk etməyə davam edirlər. Son olaraq dünən Kafer Çams nəzarət məntəqəsindən 311 suriyalı təxliyə edilib”, - deyə Tsiqankov bəyan edib.

Onun sözlərinə görə, Suriya və Rusiyanın birgə səyləri nəticəsində Livandan xeyli sayda qaçqın Flitə, Maudamiyə Əl-Şam, Ceba Əssal Əl-Vard və Yabrud şəhərlərinə geri dönüblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terror  


Bizi "telegram"da izləyin