ABŞ Konqresi Kabinetin nüvə məsələlərinə nəzarətini azaldıb

2018/07/345_1532342229.jpg
Oxunub: 3071     02:36     24 İyul 2018    
ABŞ Konqresinin müdafiə məsələləri ilə bağlı qəbul etdiyi son qanun layihəsi hökumətin nüvə sahəsinə nəzarətini məhdudlaşdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Ağ Evin nüvə sahəsi üzrə eksperti Rik Perri tərəfindən verilib.

O qeyd edib ki, ABŞ Parlamentinin yuxarı palatasında qəbul edilən yeni qanun layihəsi kabinetin atomdan enerji və hərbi məqsədli istifadəyə nəzarət mexanizmlərini daha da daraltmış olacaq.

“Yeni qanun layihəsi bu sahədə fəaliyyət göstərən bir sıra qurumların hökumətə birbaşa bağlılığını və hesabat vermə öhdəliyini aradan qaldıracaq. Bu qurumlar bundan sonra birbaşa parlamentə və ştat rəhbərliklərinə tabe ediləcək. Şübhəsiz ki, belə bir strateji sahənin ayrı-ayrı ştatlara tabe edilməsi tamamilə absurddur. Kabinet bu qərarın ümumi mənafelərə xidmət göstərmədiyini və hazırkı kabinetin səlahiyyətlərini azaltmaq məqsədi güddüyünü açıqca anlayır”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-konqresi   Nüvə  


Bizi "telegram"da izləyin