Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Netanyahu İsrail Nazirlər Kabinetinin bu gün baş tutan iclasında danışıb.
“Bu gün mən Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəm. Görüşdə başda Suriyadakı vəziyyət olmaqla, ümumilikdə regional məsələlər müzakirə olunacaq”, - deyə Netanyahu bildirib.
Netanyahunun sözlərinə görə, İsrail Suriya ilə 1974-cü ildə imzalanmış sazişin tələblərinin yerinə yetirilməsini tələb edir və İranla ona yaxın qüvvələrin Suriyada hərbi mövcudluğuna qarşı mübarizəsini davam etdirəcək.
Ağalar Ağalarlı
Ordu.az