Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kabilə gələn 28 nəfərlik nümayəndə heyətinə Pakistan Xarici İşlər naziri Təhminə Yəncuə başçılıq edir.
Nümayəndə heyətləri arasında keçirilən keçirilən görüşdən sonra Hikmət Kərzayi və Təhminə Yəncuə ortaq mətbuat konfrası keçiriblər.
Hər iki nazir görüşün uğurlu keçdiyini və tərəflərin bundan sonra da terrorla mübarizədə birgə fəaliyyət göstərəcəyini bildirib.
Bildirilib ki, xüsusilə iki ölkə arasındakı sərhəd bölgələrdə İŞİD terror qruplaşması və “Taliban” qiyamçılarına qarşı koordinasiyalı şəkildə fəaliyyət göstərməklə bağlı razılıq əldə edilib.
Dəyanət Ağalarlı
Ordu.az