Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın dövlət kosmos korporasiyasının sədri Dmitri Roqozin bildirib.
““Enerji Raket və Kosmos Korporasiyası”, “Rorgress Raket və Kosmos Mərkəzi” və “Energomaş NPO” tərəfindən “Soyuz-5” raketi üzərində çalşmalar başlanıb. Növbəti mərhələdə biz super-ağır raketin üzərində işləməyə başlayacağıq”, - deyə Roqozin bəyan edib.
Onun sözlərinə görə, çalışmalar nəticəsində bütövlükdə Rusiyanın kosmos sektorunu güclü kosmik daşıyıcı dizaynı və istehsalı istiqamətində səfərbər etmək mümkün olacaq.
Ağalar Ağalarlı
Ordu.az