Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, ilk öncə bölgədə raketdən xəbərdarlıq sirenaların səsləndiyini bildirilib.
“İsrailin şimalında sirenalar səsləndikdən sonra Suriyanın daxilindən raketlərin atıldığı müəyyənləşdirilib. Onlar daha sonra zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunub.
Onun sözlərinə görə, “David Sapandı” havadan müdafiə sistemləri təhdidə cavab olaraq işə düşdükdən sonra iki ədəd raketi zərərsiz hala gətirib.
Hücum nəticəsində ölüm və ya yaralanma faktının qeydə alınmadığı, həmçinin heç bir infrastruktura zərər yetirilmədiyi bildirilib.
Hücumun kim tərəfindən edilməsi tam dəqiqləşdirilməsə də, əsasən, Suriya Ərəb Ordusu və İŞİD-ə bağlı “Ceyş Xalid ibn Vəlid” qruplaşmasından şübhələnilir.
Ağalar Ağalarlı
Ordu.az