Almaniya ordusu Aİ-dən əsgər qəbul etməyi planlaşdırır

2018/07/7567_1532340885.jpg
Oxunub: 3247     22:32     23 İyul 2018    
Almaniya Silahlı Qüvvələri hərbi personalda olan çatışmazlığı Avropa İttifaqına üzv ölkələrin hərbi təcrübəyə sahib vətəndaşları ilə aradan qaldırmağı planlaşdırır.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Rəsmi Almaniya ordusunun böyüməkdə olduğunu və ixtisaslı personala ehtiyacı duyulduğunu bildirib. Onun sözlərinə görə, hazırda bütün alternativlər diqqətli şəkildə nəzərdən keçirilir.

Baxılan alternativlərdən biri də Aİ-yə üzv ölkələrin hərbi təcrübəyə sahib vətəndaşlarının Almaniya ordusunun sıralarına qəbul edilməsidir.

Qeyd edək ki, Almaniyada 1957-ci ildə qüvvəyə minən məcburi hərbi xidmət qanunu 2011-ci il iyulun 1-dən etibarən ləğv edilib. O zaman Almaniya ordusundakı toplam personal sayının 250 mindən 185 minə endirilməsi hədəflənmişdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya    


Bizi "telegram"da izləyin