Əfqanıstanda terror hücumu: 23 ölü, 107 yaralı

2018/07/534_1532336814.jpg
Oxunub: 3192     17:05     23 İyul 2018    
Əfqanıstanda Kabildə terrorçu kamikadzenin özünü partlatması nəticəsinə çox sayda insan həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumu İŞİD terror qruplaşması tərəfindən həyata keçirilib.

Belə ki, qruplaşmanın 31 yaşındakı üzvü Məhəmməd Əxtər tərəfindən edilən hücum zamanı 23 sivil ölüb, daha 107-si isə yaralanıb.

Qeyd edək ki, yerli mənbələrin yaydığı məlumatlarda kamikadzenin hücum zamanı ABŞ istehsalı olan partlayıcı maddədən istifadə etdiyi iddia edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Terror  


Bizi "telegram"da izləyin