WSJ: “Beynəlxalq konvensiya Trampın kosmik qüvvələrinə əngəldir” - Hərbi ekspert

2018/07/345345_1532332331.jpg
Oxunub: 2475     15:50     23 İyul 2018    
“Kosmosdan istifadə ilə bağlı beynəxalq konvensiyaya əsasən kosmik fəzanın hərbi məqsədli istifadəsi qəti qadağandır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 1967-ci ildə qəbul edilmiş sözügedən konvensiyanın 6-cı əsas bəndində qeyd olunub.

Məsələ ilə bağlı münasibət bildirən ABŞ hərbi eksperti Artur Vestinq bildirib ki, bu qərarın mövcudluğu Trampın kosmik qüvvələrinin əhəmiyyətini heçə endirəcək.

“Donald Trampın ordu daxilində 6-cı xüsusi bir korpusun qurulması ilə bağlı verdiyi təklif məntiqli və əhəmiyyətli olsa da, hazırda hüquqi olaraq bunun heç bir mənası yoxdur. Çünki kosmosdan istifadə ilə bağlı beynəlxalq konvensiya fəzanın hərbi məqsədli istifadəsinə əngəl qoyduğundan, qurulacaq yeni korpusun praktiki fəaliyyət imkanı ortadan qalxacaq. Hətta bu konvensiyanın 6-cı bəndi bu məqsədli silahların istehsalını da rədd edir”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kosmik-Qüvvələr  


Bizi "telegram"da izləyin