Ordu.az "İraqi News"a istinadən xəbər verir ki, bu barədə İraq ordusunun mətbuat katibi briqada generalı Yəhya Rəsul bildirib.
Onun sözlərinə görə, ordunun Səlahuddin Əməliyyatlar Komandanlığının qüvvələri Əl-Şiraq rayonunun sahillərində iki qayıqda İŞİD-ə mənsub terrorçular aşkarlayıblar.
Terrorçuların aşkarlanması ilə əsgərlər dərhal onlara atəş açıblar. Açılan atəş nəticəsində terrorçuların hamısı məhv edilib.
Ağalar Ağalarlı
Ordu.az