Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu iyul ərzində sözügedən bazaya edilən 4-cü belə hücumdur.
Məsələ ilə bağlı bazanın rəhbərliyinin bildirdiyi açıqlamada qeyd olunub ki, hücum bölgədəki “Hayat Təhrir Əş-Şam” terror qruplaşması tərəfindən həyata keçirilib.
Bildirilir ki, terrorçuların dron vasitəsilə həyata keçirdiyi hücuma dərhal bazadakı müdafiə sistemi ilə cavab verib. Nəticədə dron raket zərbəsilə məhv edilib, ölən və yaralanan olmayıb.
Dəyanət Ağalarlı
Ordu.az