Qəzzada atəşkəs əldə edilib

2018/07/thumbs_b_c_b3a6e483f228785b948fed9cfd9b593a_1532152839.jpg
Oxunub: 1977     14:10     21 İyul 2018    
HƏMAS hərəkatı İsraillə atəşkəs barədə razılığın əldə edildiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, atəşkəs razılığının ötən gün baş verən qarşıdurmalardan sonra əldə edildiyi bildirilib.

Bu barədə HƏMAS-ın mətbuat katibi Feyzi Bərhumun yazılı şəkildə bildirdiyi açıqlamada qeyd olunub ki, Misir və beynəlxalq tərəflərin vasitəçiliyi ilə İsrail və hərəkat arasında atəşkəs razılığı əldə edilib.

Qeyd edək ki, İsrail tərəfindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama bildirilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza   Atəşkəs  


Bizi "telegram"da izləyin