Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti bəyanat yayıb.
Məlumatda yardımın Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə orduya təlim, hərbi ləvazimat və məsləhət tədbirlərini əhatə edəcəyi bildirilir.
Pentaqonun yaydığı bəyanatda ABŞ-ın 2014-cü ildən bu vaxta qədər Ukraynaya 1 milyard dollardan çox yardım etdiyi və bu yardım nəticəsində Ukraynanın komanda və nəzarət, vəziyyətdən xəbərdarlıq sistemləri, təhlükəsiz kommunikasiya, gecəgörmə vasitələri və hərbi tibb təminatının təkmilləşdiyi qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az