Rusiyalı səfir: “Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığa hazırdır”

2018/07/345_1532150793.jpg
Oxunub: 4016     13:24     21 İyul 2018    
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerkov ölkəsinin Türkiyə ilə əməkdaşlığını dəyərləndirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, səfir iki ölkə arasındakı hazırkı əlaqələrin tarixin ən pik səviyyəsində olduğunu qeyd edib.

“Biz Türkiyə ilə hərbi-texniki əməkdaşlığa hazırıq. Bəzi xüsusi nüansları vurğulamaq mümkünsüz olsa da, qeyd edə bilərəm ki, hazırda bir çox müqavilələr hazırlıq mərhələsindədir. Bizim ikitərəfli hərbi-texniki əməkdaşlığımız S-400 raket sistemlərinin transferi ilə sərhədlənməyəcək”, - deyə səfir vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Türkiyə   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin