Əfqanıstanda qarşıdurma: 12 polis həlak olub

2018/07/5345_1532150159.jpg
Oxunub: 2907     13:06     21 İyul 2018    
Əfqanıstanın Kunduz vilayətində “Taliban” qiyamçıları polis qüvvələri üzərinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə vilayətin Sahib şəhərində baş verib.

Bölgə polis idarəsindən bildirilən məlumatda qeyd olunub ki, hücum nəticəsində 12 polis həlak olub.

Qeyd edək ki, daha sonra ərazidəki hərbi birliklərin cavabı nəticəsində qiyamçılar geri çəkilməli olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Qarşıdurma  


Bizi "telegram"da izləyin