Hindistanın ilk milli aviadaşıyıcısı 2020-ci ildə dəniz sınaqlarına başlayacaq

2018/07/37607867_2606999226192896_2927165867449909248_n_1532110599.jpg
Oxunub: 3421     02:32     21 İyul 2018    
Hindistan donanmasının ilk yerli istehsal aviadaşıyıcısının 2020-ci ilin əvvəllərində dəniz sınaqlarına başlaması gözlənilir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyinin nümayəndəsi Sancay Mitra hazırda yekun mərhələdə olan layihəni təftiş edib. Gəminin üzərinə çalışmalar “Cochin Shipyard Limited” tərəfindən davam etdirilir.

Aviadaşıyıcı 2013-cü ildə dənizə buraxılıb. Ona enerji generator və digər köməkçi ləvazimatlarının quraşdırıldığı bildirilir.

Qeyd edək ki, sözügedən gəminin konstruksiya və dizayn işlərinə 2003-cü ilin yanvarından etibarən başlanılıb. 40 min ton su götürmə qabiliyyətinə malik gəminin uzunluğu 265 metrdir.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Aviadaşıyıcı   Sınaq  


Bizi "telegram"da izləyin