Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə nəticəsində şirkət 5 ədəd “Avante 2200” korvetinin istehsalını öz üzərinə götürüb.
Müqavilə ilə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyindən bildirilən məlumatda qeyd olunub ki, layihənin ümumi dəyəri 2,2 milyard dollar təşkil edir.
Müqaviləyə əsasən şirkət gəmilərin istehsalına 2019-un martından etibarən başlayacaq və 2022-ci ilin sonuncu rübünə kimi 5 ədəd korvetin hər birini Səudiyyə Donanmasına təhvil verəcək.
Dəyanət Ağalarlı
Ordu.az