GD ABŞ esminesini modernizasiya edəcək

2018/07/37397759_2606996929526459_4098299253162508288_n_1532106354.jpg
Oxunub: 4078     01:33     21 İyul 2018    
“General Dynamics” ABŞ donanmasının “USS Higgins” esminesinin təmir və modernizasiya işlərini həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 72,5 milyon dollar dəyərində olan müqavilə çərçivəsində nəzərdə tutulan təmir və modernizasiya işləri Kaliforniyanın San Dieqo şəhərində görüləcək və gələn ilin sentyabrına qədər yekunlaşacaq.

Qeyd edək ki, “USS Higgins” “Arleigh Burke” sinifli idarəolunan raket esminesidir. Ən qabaqcıl havadan müdafiə sistemlərindən olan “Aegis” sistemi ilə təchiz olunmuş gəmi ABŞ donanmasının əsas döyüş gəmilərindən biri hesab olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   General-Dynamics   USS-Higgins   Modernizasiya  


Bizi "telegram"da izləyin