Ordu.az “Industry Today”ə istinadən xəbər verir ki, bu sahə üzrə ən böyük bazar payına sahib region Avropadır. Onun bazar payı 45,47%-dir.
Onu 28,91%-lə Şimali Amerika və 21,48%-lə Asiya-Sakit okean regionu izləyir. Ölkələr olaraq göstərdikdə isə, əsas aktorlar Rusiya, Birləşmiş Krallıq, Birləşmiş Ştatlar, Fransadır.
Rusiya son dövrlərdə bu sahəyə böyük miqdarda investisiya yatırır. O, döyüş başlıqlarını modernizasiya etməklə yanaşı, xarici müştərilərə də bu sistemlərin çatdırılmasını həyata keçirir. Rusiya ən son olaraq RS-28 “Sarmat”ı sınaqdan keçirib.
Bundan başqa 2015-ci ilin göstəricilərinə görə, 215 nüvə döyüş başlığına sahib Britaniya, 300 nüvə döyüş başlığına sahib Fransa da bu sahəyə yatırımlar edir.
Əsas istehsalçı şirkətlər isə hər zamankı kimi ABŞ kompaniyalarıdır. Məsələn 3 ABŞ şirkəti - “Boeing”, “Lockheed Martin” və “Northrop Grumman” bu bazarın 45%-ni əlində cəmləyir.
Ağalar Ağalarlı
Ordu.az