Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərə Bolqarıstan ev sahibliyi edəcək.
Məsələ ilə bağlı Bolqarıstan Donanmasından bildirilən məlumatda qeyd olunub ki, təlimlər 10-dan çox ölkə iştirak edəcək.
Bildirilir ki, NATO-ya üzv ölklərədən ümumilikdə 20-ə qədər döyüş gəmisinin və 3000 hərbi qulluqçunun təlimlərdə iştirakı gözlənilir.
Qeyd edək ki, “Breeze 2018” adı verilən təlimlər ənənəvi olaraq hər il Bolqarıstan tərəfindən təşkil edilən donanma təlimlərinin alyans çərçivəsində həyata keçirilən ilk versiyasıdır.
Dəyanət Ağalarlı
Ordu.az