Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu ilə TSQ-nin koordinasiyalı, müstəqil həyata keçirdiyi 17-ci patrul reydi bir qədər öncə sona çatıb.
Qeyd edək ki, ABŞ və Türkiyə arasında qəbul edilmiş Münbic Yol Xəritəsinə əsasən tərəflər iyunun 18-dən etibarən mütəmadi olaraq terrorçuların bölgəni tərk etməsi prosesinə nəzarət edir.
Ağalar Ağalarlı
Ordu.az