Rusiya “Plesetsk”i “Sarmatın” sınaq uçuşu üçün hazırlayır

2018/07/1198977_1532095354.jpg
Oxunub: 3687     22:34     20 İyul 2018    
Rusiyalı mütəxəssislər ölkənin şimalında yerləşən “Plesetsk” kosmodromundakı infrastrukturu “Sarmat” qitələrarası ballistik raketin sınaq uçuşuna hazırlayır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Timur İvanov bəyan edib.

““Yars”ın stasionar və mobil raket sistemləri üçün infrastrukturun yaradılması istiqamətində işlər davam edir. Eyni zamanda 1-ci Dövlət Sınaq Kosmodromundakı infrastrukturun “Sarmat” raket sisteminin sınaq uçuşuna uyğun vəziyyətə gətirilməsi üzrə də işlər görülür”, - deyə İvanov bildirib.

Onun sözlərinə görə, işlər demək olar ki, yekunlaşmaq üzrədir. Belə ki, o ümumilikdə 120 depo və digər təsisatın 26-sının hazır olduğunu və bunun da artıq demək olar ki, sınağın keçirilməsinə imkan verdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sarmat   Plesetsk  


Bizi "telegram"da izləyin