Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu təşəbbüs altında bütün 29 üzv dövlət özünü potensial təhdidə qarşı hazır vəziyyətə gətirməlidir.
Hazırlıq Təşəbbüsü mövcud milli qüvvələrin hazırlığının gücləndirilməsi və onların Avropa daxilində, həmçinin, Atlantik okean boyunca hərəkət imkanlarının yaxşılaşdırılmasını hədəfləyib.
Alyansın rəsmiləri xüsusilə vurğulayırlar ki, bu təşəbbüs yeni qüvvələrin formalaşdırılması yox, mövcud qüvvələrin daha da hazır vəziyyətə gətirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, son illərdə NATO özünün Cavab Qüvvələrinə 5 min nəfər də əlavə etməklə ümumi sayı 40 minə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az