Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəz Komandanlığının (CENTCOM) komandanı general Cozef Votel bəyan edib.
ABŞ ordusunun Yaxın Şərqdəki əməliyyatlarına nəzarət edən quruma rəhbəri Votel Münbicdə ABŞ və Türkiyə orduları tərəfindən koordinasiyalı və sərbəst şəkildə aparılan patrul reydlərinin hələ də davam etdiyini vurğulayıb.
“Diplomatik yol xəritəsinin tərkib hissəsi kimi olduqca qarışıq bir bölgə olan Münbicin bəzi hissələrində birgə patrul üçün zəruri olan təlimlərə tezliklə başlanacaq”, - deyə general qeyd edib.
Qeyd edək ki, ABŞ və Türkiyə arasında qəbul edilmiş yol xəritəsinə əsasən Münbicdə yerləşdirilmiş YPG qüvvələri artıq iyulun 4-dən etibarən bölgəni tərk etməyə başlayıblar.
Ağalar Ağalarlı
Ordu.az