Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Müdafiə naziri Aviqdor Liberman səsləndirib.
“Biz tədbirli və məsuliyyətli olmağa çalışırıq, lakin HƏMAS-ın liderləri bizi elə bir situasiyaya sürükləyirlər ki, həmin vəziyyətdə artıq seçim şansımız yoxdur. Əlimizdə yeganə seçim kimi geniş və məşəqqətli hərbi əməliyyat var”, - deyə Liberman söyləyib.
O, yeni əməliyyatın 2014-cü ildə həyata keçiriləndən daha geniş miqyaslı ola biləcəyini və qəzzalıların da bədəl ödəyənlər arasında olacaqlarından təəssüf hissi duyduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az