Türkiyə PKK-ya məxsus silah deposunu bombalayıb

2018/07/534_1532087915.jpg
Oxunub: 2158     19:57     20 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri PKK terror qruplaşmasının İraqın şimalındakı daha bir mövqeyinə aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Türkiyə Baş Qərargahı yayıb.

Qeyd olunub ki, bu gün səhər saatlarında Türkiyə İraqın şimalına havadan daha bir anti-terror əməliyyatı keçirib.

Məlumata əsasən Kandil dağlarında yerləşən PKK mövqelərinin vurulması nəticəsində çox sayda terrorçu məhv edilib, eyni zamanda ərazidəki silah deposu yerlə-yeksan edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin