Rusiya Ukrayna ilə sərhədə əlavə hərbi qüvvə toplayır

2018/07/Снимок_1532085354.png
Oxunub: 1952     19:14     20 İyul 2018    
Rusiya Quru Qoşunlarına məxsus çox sayda tank və zirehli tenikadan ibarət böyük hərbi karvan Ukrayna sərhədlərinə göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumatda qeyd olunub ki, hərbi qüvvələrin sözügedən bölgələrə göndərilməsinin başlıca məqsədi son günlərdə Ukraynanın Rusiya ilə sərhədyanı bölgələrində qarşıdurmaların qalxması və bunun da öz növbəsində Rusiya üçün təhdidlər doğurmasıdır.

Qeyd edək ki, təxminən 2000 hərbçi və 100-ə qədər texnikadan ibarət karvan Azov dənizi sahillərinə yerləşdiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hərbi-Karvan  


Bizi "telegram"da izləyin