Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, ordu qüvvələri bu gün səhər saatlarından etibarən İraq-Suriya sərhədindəki Qayim, Rəva, Rütbə və Əl-Valid bölgələrindəki əməliyyatlarına yenidən start verib.
Məlumata əsasən havadan raket zərbələri ilə dəstəklənən hücumlar zamanı İŞİD terror qruplaşmasının azı 20 üzvü məhv edilib. Əməliyyatlarda İraq ordusunun 3 hərbçisi həlak olub.
Dəyanət Ağalarlı
Ordu.az