ABŞ ordusu elektron müharibə təchizatını gücləndirməyə çalışır

2018/07/6456_1532083141.jpg
Oxunub: 2832     18:37     20 İyul 2018    
ABŞ Quru Qoşunları və Dəniz Korpusu elektron müharibə təchizatını daha yaxşı vəziyyətə gətirmək istiqamətində əməkdaşlıq edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmilər əsasən vəziyyətdən xəbərdarlıq sistemlərinə diqqət yetirildiyini bildirirlər.

Həmçinin onlar müharibə zamanı qabaqcıl elektromaqnit spektr mühitində bir-birinə əngəl törətməmək üçün koordinasiyanı gücləndirmə üzrə çalışır.

ABŞ QQ-nin general-mayoru Robert Uoltersin sözlərinə görə, ordunun adıçəkilən qolları QQ-nin “Fort Huachuca” bazasında müştərək elektron müharibə təlimləri keçirir.

ABŞ QQ-nin 82 Hava Diviziyası və Dəniz Korpusunun 9-cu Kommunikasiya Batalyonunun qatıldığı təlimlər zamanı hər iki tərəfin birlikdə informasiya topladığı və onların analizini həyata keçirdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Elektron-müharibə-təchizatı  


Bizi "telegram"da izləyin