Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, 27 iyul-17 avqust tarixlərində keçiriləcək 3 həftəlik təlimlərdə Hindistandan 145 xüsusi təyinatlı iştirak edəcək.
Eyni zamanda bildirilib ki, təlimlərdə hər iki ölkənin ümumilikdə 4 ədəd Su-30MKİ, 1 ədəd İl-78, 1 ədəd “C-130J-30 Hercules” və 1 ədəd “Boeing C-17” hərbi təyyarəsi iştirak edəcək.
Dəyanət Ağalarlı
Ordu.az