Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Pentaqonun mətbuat xidmətindən yayılıb.
Bildirilib ki, tərəflər bir sıra elektron müharibə sistemlərinin istifadə qaydaları ilə bağlı qarşılıqlı əməkdaşlıqlar aparacaq. Belə ki, bu məqsədlə elektron müharibə sistemlərinin geniş miqyaslı istifadə olunacaq bir sıra praktiki təlimlər də planlaşdırılır.
Təlimlər zamanı keçiriləcək dərslərdə hər iki korpus özünün xidmətində olduğu sistemlərin istifadə qaydaları ilə qarşı tərəfi tanış edəcək.
Qeyd edək ki, təlimlərin hissəli şəkildə oktyabr-dekabr aylarında baş tutması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az