Türkiyə Kipr əməliyyatlarının 44-cü ildönümü qeyd edir

2018/07/645x344-turkish-military-marks-44th-anniversary-of-cyprus-peace-operation-1532071317361_1532073088.jpg
Oxunub: 3231     15:50     20 İyul 2018    
Şimali Kiprin müstəqilliyi ilə nəticələnən uğurlu əməliyyatların ildönümü münasibətilə Türkiyədə bir sıra mərasimlər təşkil edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Türkiyə Silahlı Qüvvələrinin rəsmi “Twitter” hesabından yayımlanıb.

Bildirilib ki, ordunun Kiprdə həyata keçirdiyi uğurlu əməliyyatların 44-cü il dönümü münasibətilə paytaxt Ankara başda olmaqla bütün ölkədə irimiqyaslı silsilə tədbirlər təşkil edilir.

Qeyd edək ki, Türkiyə ordusu 1974-cü ilin 20 iyul tarixin türkləri müdafiə etmək məqsədilə adanın şimalına ordu yeridib ki, bu da daha sonra buradakı türklərin müstəqilliyinə imkan yaradıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kipr  


Bizi "telegram"da izləyin