Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəd Taxtiyə bölgəsində baş verib.
Qarşıdurmalara bağlı yerli mənbələrin yaydığı məlumatda qeyd olunub ki, hücumlar koalisiya qüvvələri tərkibində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliyi hərbi birliyi tərəfindən həyata keçirilib.
Havadan və qurudan endirilən raket hücumları nəticəsində qiyamçıların azı 12 üzvünün zərərsizləşdirildiyi bildirilir. Nəticədə koalisiya qüvvələri bölgədə üstünlüyü yenidən ələ alıblar.
Dəyanət Ağalarlı
Ordu.az