Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Türkiyə Baş Qərargahı yayıb.
Bildirilib ki, əməliyyatlar İraqın Türkiyə ilə sərhəd Avaşin-Basyan, Zap, Həkürk bölgələrində həyata keçirilib.
Rəsmi məlumata əsasən PKK terror qruplaşmasına məxsus daha öncədən yeri müəyyən edilən bir silah deposu və bir neçə sığınacaq aviazərbələr nəticəsində yerlə-yeksan edilib.
Dəyanət Ağalarlı
Ordu.az