Rusiya Əfqanıstan sərhədləri yaxınlığında təlimlər keçirəcək

2018/07/6456_1532066476.jpg
Oxunub: 359     13:11     20 İyul 2018    
Rusiya Quru Qoşunları Tacikistanın Əfqanıstanla sərhəd bölgələrində hərbi təlimlər keçirəcək.

Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər 6 gün davam edəcək.

Rəsmi məlumata əsasən Tacikistan ordusu ilə birgə həyata keçiriləcək təlimlərdə 3200 canlı qüvvə və 800-ə qədər texnika iştirak edəcək.

Rusiyanın Quru Qoşunlarının Tacikistanda yerləşdirilmiş 201-ci hərbi bazasının hərbçilərinin də iştirak edəcəyi təlimlərin bu ayın sonundan etibarən start götürməsi planlaşdırılır.

Qeyd edək ki, bildirilən açıqlamada təlimlərin Əfqanıstandan gələ biləcək potensial İŞİD təhlükəsinə qarşı Tacikistan ordusunun hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıdığı vurğulanıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Tacikistan   Təlimlər  

Rusiya Əfqanıstan sərhədləri yaxınlığında təlimlər keçirəcək

2018/07/6456_1532066476.jpg
Oxunub: 360     13:11     20 İyul 2018    