Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb topların hazırkı standartlara kifayət qədər uyğun olmamasıdır.
Məsələ ilə bağlı Pentaqondan bildirilən açılamada qeyd olunub ki, müqavilə ilə bağlı şərtlər gözdən keçirilib, uyğun dəyişikliklər edildikdən sonra tətbiqinə yenidən başlanılacaq.
Gözlənilir ki, müqaviləyə əsasən təhvil veriləcək 155 mm-lik “Howitzer M777”nin bir öncəki nəslindən olan toplar onun ən son versiyası ilə əvəzlənəcək. Bildirilir ki, sözügedən topların ən son nəsli tərəflər arasında müqavilə imzalandıqdan 2 il sonra təqdim edilib.
Qeyd edək ki, “BAE Systems” müqavilədə nəzərdə tutulan ümumi dəyəri 1,3 milyard dollar olan 86 ədəd topun 50-sini artıq Pentaqona təhvil verib. Yeni razlığın qalan 36 topa tətbiq ediləcəyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az