Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı şirkətin PUA istehsalı üzrə meneceri Stiv Fendli bildirib.
O qeyd edib ki, müqaviləyə əsasən şirkət ABŞ Hərbi Hava Qüvvələri üçün BQM-167A PUA-larının istehsalını həyata keçirəcək.
Qeyd olunub ki, 2019-2024-cü illəri əhatə edəcək layihə çərçivəsində şirkət 30 ədəd BQM-167A PUA-sını Pentaqona təhvil verəcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 109 milyon dollardır.
Dəyanət Ağalarlı
Ordu.az