HƏMAS silahlıları İsrail hərbçilərinə hücum edib

2018/07/22661260322_24bdfb878a_z-640x400_1532007387.jpg
Oxunub: 2154     21:35     19 İyul 2018    
Fələstinlə sərhəddəki İsrail hərbçiləri HƏMAS hərəkatı üzvlərinin minaatanlardan endirdiyi hücumlara məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilir ki, sərhəddə əməliyyat hazırlığında olan hərbi birliklərin bir neçə hərbçidən ibarət kiçik bir qrupu az öncə bir neçə HƏMAS üzvü tərəfindən hücuma məruz qalıb.

Hərəkat üzvlərinin hücumlar zamanı minaatanlardan istifadə etdiyi bildirilir.

Mənbələr qarşıdurmanın nəticələri ilə bağlı məlumat bildirməyiblər.

Qeyd edək ki, məsələ ilə bağlı Təl-Əvivdən hələlik rəsmi məlumat bildirilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Qarşıdurma  


Bizi "telegram"da izləyin